Prokurorluq - Avropa Şurasının qiymətləndirməsinə görə, Gürcüstan Prokurorluğunun İxtisaslaşdırılmış Bölməsi kirli pulların yuyulmasının potensial cinayətlərini effektiv şəkildə araşdırır
Avropa Şurası çirkli pulların yuyulması cinayətlərinə qarşı mübarizə prosesində Gürcüstanın hüquq-mühafizə orqanlarının effektivliyinə daha bir müsbət qiymət verib -bu barədə Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumatda deyilir.
Prokurorluğun məlumatına görə, qiymətləndirmədə qeyd olunur ki, hüquq-mühafizə orqanları, əsasən də Gürcüstan Baş Prokurorluğunun ixtisaslaşmış bölməsi geniş spektrli istintaq üsullarından istifadə etməklə kirli pulların yuyulmasının potensial cinayətlərini effektiv şəkildə araşdırır.
Qurumun məlumatına görə, Avropa Şurasının “Varşava Konvensiyası” Komitəsinin hesablamalarına görə, Gürcüstan “Cinayətkarlıq yoluyla əldə olunan gəlir (çirkli pulların yuyulmasına), istintaq, ələ keçirilmə , müsadirə və Terrorun maliyyələşdirilməsi ilə bağlı” Avropa Şurasının Konvensiyasının çirkli pulların yuyulması cinayətinə görə hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tələblərini tam yerinə yetirən on yeddi ölkədən biridir və Gürcüstan sisteminin effektivliyi son illərdə xeyli artıb.
“Qiymətləndirməyə əsasən, Gürcüstanın Prokurorluğu və digər hüquq-mühafizə orqanları təcrübəli və yüksək peşəkar kadrlardan təşkil olunub. Səlahiyyətli istintaq orqanları adekvat resurslara və effektiv istintaq aparmaq üçün lazım olan məlumatlara çıxışa malikdirlər. Onların rəngarəng istintaq səlahiyyətləri var ki, bu da onlara öz funksiyalarını effektiv şəkildə yerinə yetirməyə imkan verir.
İctimaiyyətə xatırlatmaq istərdik ki, Gürcüstan Avropa Şurasının Seçilmiş Ekspertlər Komitəsinin (Moneyval) çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı görülən tədbirlərə dair beşinci raundunun qiymətləndirmə prosesində də analoji olaraq müsbət qiymət alıb.
Çirkli pulların yuyulmasına qarşı mübarizənin effektivliyinin artırılması Gürcüstan Prokurorluğunun prioritet istiqamətlərindən biridir və qurum çirkli pulların yuyulmasına qarşı mübarizənin effektivliyini artırmaq üçün effektiv tədbirlər görməyi davam etdirir” – deyə Baş Prokurorluğun məlumatında bildirilib.