Prokurorluq Avlevi kəndində, həyat yoldaşını ağırlaşdırıcı şəraitdə qəsdən qətlə yetirmə faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Kareli rayonunun Avlevi kəndində həyat yoldaşını ağırlaşdırıcı şəraitdə qəsdən qətlə yetirmə faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində, təqsirləndirilən şəxsin avqustun 18-də həyat yoldaşını mübahisə zəminində, intiqam almaq məqsədilə boğduğu müəyyən edilib.
Polislər təqsirləndirilən şəxsi avqustun 19-da saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “k” yarım bəndi ilə (ailə üzvünü qəsdən öldürmə) ittiham irəli sürülüb, bu isə cəza olaraq 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə artıq müraciət edib.
Cinayət işi üzrə istintaq davam edir. Təqsirləndirilən şəxsin cinayət törətdiyi zaman psixi vəziyyətini öyrənmək üçün psixiatrik ekspertiza təyin olunacaq” -deyə prokurorluğun məlumatında deyilir.