Gürcüstan Prokurorluğu ,Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları ilə birlikdə aparılan istintaq və prosessual hərəkətlər nəticəsində, həddi büluğa çatmayan uşağı gözləri önündə həyat yoldaşına qarşı ailə zoraklığı törətməsi faktı üzrə, Daxili İşlər Nazirliyinin sərhəd nəzarətçisi, patrul-müfəttişi L.R.-nı yaxaladı.
Prokurorluğun məlumatına görə, iş üzrə aparılan araşdırma ilə müəyyən olundu ki, L.R. 2018-ci il yanvarın 4-də, həddi büluğa çatmayan uşağı gözləri önündə həyat yoldaşına, L.K.-ya qarşı ailə zoraklığını törətdi, nəticədə natiıq güclü fiziki ağrılar və bədən xəsarəti aldı.
L.R. tərəfindən törədilən cinayət Gürcüstan Cinayət Məcəlləsinin 126 prima maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə nəzərdə tutulur. Fakt üzrə araşdırma davam edir.