Prokurorların Konfransında Prokurorluq Şurasının 3 yeni üzvü seçilib
Prokurorların Konfransında Prokurorluq Şurasının 3 yeni üzvü seçilib

 

Gürcüstan Prokurorlarının Konfransında Prokurorluq Şurasının yeni üzvləri seçilib.
Təşəbbüskar qruplar tərəfindən irəli sürülmüş 9 namizəd prokurorlar və prokurorluq müstəntiqləri tərəfindən gizli səsvermə yoluyla səs çoxluğu ilə seçilib.

Aleksandre Muğasaşvili, Ekaterine Xarebava və Şota Tğeşelaşvili Prokurorluq Şurasının üzvü seçiliblər.

Gürcüstanın Baş prokuroru, Prokurorlar Konfransının sədri İrakli Şotadze Prokurorluq Şurasının seçilmiş üzvlərini təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İrakli Şotadzenin sözlərinə görə, Prokurorluq Şurasına üzv olmaq böyük şərəflə yanaşı, böyük məsuliyyətdir.

Gürcüstanın “Prokurorluq Haqqında” qanununa əsasən, Prokurorluq Şurasının tərkibində seçilən 15 üzv arasında Gürcüstan Prokurorlar Konfransı tərəfindən gizli səsvermə yolu ilə seçilən səkkiz prokuror var.

Prokurorlar Şurasının üzvünün səlahiyyət müddəti dörd ildir, bu müddət bitdikdən sonra şura üzvünün səlahiyyətlərinə xitam verilir. Şura üzvünün prokurorluq şurasının üzvlüyünə uyğun olmayan vəzifə tutması halında səlahiyyət müddətinə vaxtından əvvəl xitam verilir.

Prokurorluq Şurası prokurorluğun müstəqilliyini və şəffaflığını təmin edir.

Tədbirdə Gürcüstanın baş prokuroru İrakli Şotadze, baş prokurorun müavinləri, Prokurorluq Şurasının üzvləri, ABŞ Dövlət Ədliyyə Departamentinin hüquq məsələləri üzrə rezident müşaviri Lena Ouvens, Gürcüstan Prokurorluğunun, yerli QHT və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Məlumatı Gürcüstan Prokurorluğu yayır.