Prokuror, Uça Abaşidzenin həyat yoldaşı Mariam İaşvilinin cinayəti etiraf etdiyini bildirir
Prokuror, Uça Abaşidzenin həyat yoldaşı Mariam İaşvilinin cinayəti etiraf etdiyini bildirir

 
Bloqer Uça Abaşidzenin həyat yoldaşı Mariam İaşvili bugünkü məhkəmə iclasında cinayəti etiraf edib və ittiham tərəfinin sübutlarının həqiqiliyini tanıyıb – bu haqda işin prokuroru Ani Xaxanaşvili qapalı məhkəmə iclasından sonra bildirib.

Onun sözlərinə əsasən, İaşvili etiraf edib ki, o, müxtəlif kişilərə cinsi xidmət göstərirmiş, onun çəkilişləri aparılır və görüntülər saxlanılırmış.

Bununla yanaşı, prokurorun bəyanatına əsasən, İaşvili indiyə qədər cinayəti etiraf etməyib və həyat yoldaşı ilə eyni mövqe sərgiləyib.

Uça Abaşidze bugünkü məhkəmə iclasında iştirak etməyib. Onun vəkili Şota Tutberidze bildirib ki, işdəki kasetləri ( lent) və sübutları məzmuni baxımdan müzakirə edə bilməzlər, çünki onlar qanun pozuntusu ilə əldə edilib. Vəkil deyib ki, Abaşidze cinayəti etiraf etmir və həbsini siyasi adlandırır, xüsusən də aksiyalardakı fəaliyyəti ilə əlaqələndirir.

İşdə şəxsi həyatın kadrlarının çəkilişindən xəbəri olmayan 80-ə yaxın zərərçəkmiş var. Onlar məhkəmədə qapalı iclaslarda dindiriləcəklər.

Gürcüstanın Daxili İşlər Nazirliyi mayın 9-da bloqer Uça Abaşidzeni silah və döyüş sursatının qanunsuz olaraq əldə edilməsi, saxlanılması ittihamı ilə saxlayıb. Həmçinin, DİN Uça Abaşidzenin həyat yoldaşı Mariam İaşvilini saxlayıb. Bununla yanaşı, Daxili İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, Uça Abaşidze müxtəlif şəxslərin intim münasibətlərini əks etdirən materialları qanunsuz şəkildə əldə etməyi və saxlamağı həyat yoldaşı ilə birlikdə düşünüb. Prokurorluğun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər mənzildə gizli şəkildə müxtəlif video-audio cihazlar quraşdırıblar, bu cihazlar vasitəsilə də müxtəlif şəxslərin şəxsi həyat sirlərini qanunsuz əldə edib və saxlayıblar.