Prokuror - Serqo Şubitidzenin Tamar Baçaliaşvilinin telefonu ilə heç bir əlaqəsi olmayıb, o, yekun nəticəyə təsir edəcək heç bir istintaq hərəkəti aparmayıb
Prokuror - Serqo Şubitidzenin Tamar Baçaliaşvilinin telefonu ilə heç bir əlaqəsi olmayıb, o, yekun nəticəyə təsir edəcək heç bir istintaq hərəkəti aparmayıb

Prokuror Mari Meşvelianinin sözlərinə görə, Tamar Baçaliaşvilinin işinin keçmiş müstəntiqi Serqo Şubitidzenin Baçaliaşvilinin mobil telefonu ilə heç bir əlaqəsi olmayıb.

Prokurorun izahatına görə, Serqo Şubitidze yekun nəticəyə təsir edəcək istintaq hərəkəti aparmayıb.

“Serqo Şubitidzeyə istintaq tərəfindən müvafiq suallar verildi, istintaq davam edir və işə müvafiq hüquqi dəyərləndirmə veriləcək. Bu barədə ictimaiyyətə məlumat verəcəyik. Təsdiq edərək deyə biləcəyim odur ki, Serqo Şubitidzenin Tamar Baçaliaşviliyə məxsus mobil telefonla əlaqəsi olmayıb, o, yalnız müstəntiqlərdən biri olub və yekun nəticəyə təsir edəcək heç bir istintaq hərəkəti aparmayıb. Hüquqi dəyərləndirmədə o nəzərdə tutulur ki, bütün istintaq hərəkətləri aparılacaq və hər hansı konkret şəxs tərəfindən cinayət törədildiyi müəyyən edilərsə, təbii ki, müvafiq reaksiya veriləcək, bu barədə sonra sizə məlumat verəcəyik. Hazırki mərhələdə istintaqın maraqlarına əsaslanaraq, işə birbaşa aidiyyəti olan təfərrüatları sizə deyə bilmərəm. Serqo Şubitinin ifadəsinin alınması hazırki mərhələdə gündəmdə deyil”, – prokuror Mari Meşveliani bildirib.

Tamar Baçaliaşvilinin ölümü ilə bağlı işin keçmiş müstəntiqi Serqo Şubitidze magistr hakim qarşısında dindirilib. Keçmiş müstəntiq dindirildikdən sonra mətbuata şərh verməyib. Serqo Şubitidzenin vəkili Mariam Mağradzenin dediyinə görə, onun müdafiəsi altında olan şəxs bütün suallara dolğun cavab verib. Televiziyaya müsahibəsində Tamar Baçaliaşvilinin işi ilə bağlı danışan Serqo Şubitidze sübutların saxtalaşdırılması ilə bağlı bəyanat verib.

Tamar Baçaliaşvilinin ölümü ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Serqo Şubitidzenin teleşirkətlərdən birinə verdiyi müsahibə əsasında Tbilisi Prokurorluğunun istintaq şöbəsi dəlillərin mümkün saxtalaşdırılması faktı ilə bağlı araşdırmalara başlayıb.