Prokuror - Mixeil Saakaşviliyə yönəlik həbs-qətimkan tədbirinin ləğvi faktiki vəziyyəti dəyişmir, çünki o, Qirqvliani və Qelaşvilinin işi üzrə mühakimə olunub
Prokuror - Mixeil Saakaşviliyə yönəlik həbs-qətimkan tədbirinin ləğvi faktiki vəziyyəti dəyişmir, çünki o, Qirqvliani və Qelaşvilinin işi üzrə mühakimə olunub

 

Prokuror Carci Tsiklauri bildirir ki, Mixeil Saakaşvili hər üç instansiya məhkəməsi tərəfindən Sandro Qirqvliani və Valeri Qelaşvilinin işi üzrə mühakimə olunub, buna görə də və 7 Noyabr işi üzrə həbs-qətimkan tədbirinin ləğvi faktiki vəziyyəti dəyişmir.

“Bugünkü məhkəmə prosesində 7 Noyabr işi üzrə təqsirləndirilən Mixeil Saakaşvili barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Bu məqamda məhkəmə həbs-qətimkan tədbirinin tətbiqinə ehtiyyac olmadığını nəzərə alaraq, qətimkan tədbirini ləğv edib.

Burdaca onu da izah edirik ki, Mixeil Saakaşvili eyni zamanda hər üç instansiya məhkəməsi tərəfindən Sandro Qirqvliani və Valeri Qelaşvilinin işi üzrə mühakimə olunub. Müvafiq olaraq, o, 6 il müddətinə azadlıqdan məhrum edilib və 7 Noyabr işi üzrə azadlıqdan məhrumetmə cəzasının ləğvi faktiki vəziyyəti dəyişmir, çünki Mixeil Saakaşvili mühakimə olunduğu məsələlərə görə cəzasını müvafiq cəzaçəkmə müəssisələrində çəkməyə davam edəcək” -deyə Carci Tsiklauri bildirib.