Prokuror Carci Tsiklauri Mixeil Saakaşvilinin cəzaçəkmə müəssisəsində və ya distansional şəkildə məhkəmə proseslərinə qoşulması barədə vəsatət irəli sürüb
Prokuror Carci Tsiklauri Mixeil Saakaşvilinin cəzaçəkmə müəssisəsində və ya distansional şəkildə məhkəmə proseslərinə qoşulması barədə vəsatət irəli sürüb

 
Tbilisi Şəhər Məhkəməsində 7 Noyabr epizoduna dair keçirilən məhkəmə prosesində işin prokuroru Carci Tsiklauri
məhkum edilmiş Mixeil Saakaşvilinin cəzaçəkmə müəssisəsində və ya distansional şəkildə prosesə qoşulması barədə vəsatət irəli sürüb.

Prokuror izah edib ki, əgər hər hansı bir səbəbdən məhbus müşayiət oluna bilmirsə, məhkəmə prosesinin təqsirləndirilən şəxsin bilavasitə iştirakı ilə saxlanma yerində keçirilməsi mümkündür.

“Mixeil Saakaşvilini müşayiət etmək mümkün olmayıb, Proses Məcəlləsində, əgər obyektiv hallar səbəbi ilə məhkumun müşayiəti mümkün olmursa, prosesin təqsirləndirilən şəxsin bilavasitə iştirakı ilə saxlanma yerində keçirilməsi mümkünlüyü nəzərdə tutulub. İştirak etmək üçün hazırlıq ifadə edirik. Distansional qoşulma imkanını da
nəzərdən keçirəcəyik”- deyə prokuror bildirib.

Bəhsi keçən vəsatət ilə əlaqədar Mixeil Saakaşvilinin
vəkili Beka Basilaia məhkəmə prosesində bildirib ki, onlar üçün ittihamçı tərəfin vəsatəti qəbuledilməzdir. Onun sözlərinə görə, Saakaşvilinin vəkilləri təqsirləndirilən şəxsin məhkəmədə bilavasitə iştirakını tələb edəcəklər.