Prokuror - istintaqla müəyyən olundu ki, Mixail Saakaşviliyə sərhədi qanunsuz keçməkdə əvvəlki hökumətin güc strukturunun yüksək rütbəli məmuru kömək edirdi
İstintaq orqanının həyata keçirdiyi tədbirlər nəticəsində təfərrüatlı şəkildə müəyyən edilib ki, Mixail Saakaşviliyə Ukraynanın dövlət ərazisi də daxil olmaqla, dövlət sərhədini qanunsuz keçmə işində əvvəlki güc orqanlarının yüksək rütbəli əməkdaşı yardım edirdi, – bu barədə Saakaşvilinin işinin prokuroru, Levan Vepxvadze bəyan etdi.
Prokurorun dediyinə gör, bugünkü prosesdə ittiham tərəfi dəlillər təqdim edəcək və onların etiraf olunmasını tələb edəcək.
“Hesab edirik ki, dəlillər möhkəm şəkildə təqdim olunub. Fakt birdir, Mixeil Saakşvili dövlət sərhədini rəsmi olaraq keçməyib və o, Gürcüstandadır. İkinci məsələyə gəldikdə, haradan gəldi və nə istiqamətlə, istintaq orqanının həyata keçirdiyi tədbirlər nəticəsində təfərrüatlı şəkildə müəyyən edilib ki, Mixail Saakaşviliyə Ukraynanın dövlət ərazisi də daxil olmaqla, dövlət sərhədini qanunsuz keçməkdə kim yardım edirdi. Müvafiq olaraq, ittiham tərəfi işdə təqdim olunan dəlillərlə hesab edir ki, Məhkəmə bu gün təqdim olunan dəlilləri qəbul edəcək. Qeyd olunan mühitə gəldikdə, istintaq tərəfindən detallı məlumat veriləcək”, – Vepxvadze bəyan etdi.
Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçmə prosesi Tbilisi Şəhər Məhkəməsində keçirilir. Saakaşvili məhkəmə prosesində iştirak etmir.
Gürcüstan Prokurorluğu Mixeil Saakaşviliyə qarşı sərhədin qanunsuz keçilməsi faktı üzrə ittiham qərarını 20 oktyabrda irəli sürdü və Saakaşvilinin Gürcüstana necə daxil olması barəsində məlumat yaydı.