Prokuror - Fondun məbləğləri ilə Paata Burçuladzenin və həyat yoldaşının səyahət xərclərinin ödənilməsi ilə bağlı qaneedici bir cavab ala bilmədik
Prokuror Maia Cvarşeişvilinin dediyinə görə, Paata Burçuladzenin sorğulanmasından sonra, istintaqın maraqları ancaq qismən qane edildi.
Prokurorun dediyinə görə, müəyyən suallara istintaq qaneedici cavablar ala bilmədi.
“Məsələn, Paata Burçuladze fondun məbləğləri ilə yüksək sinif mehmanxanalarında qalırdı, həmçinin, fondun məbləği ilə onun və həyat yoldaşının səyahət xərcləri də ödənilirdi və bu məsələ ilə bağlı suallara cavab ala bilmədik” – dedi Maia Cvarşeişvili.
Onun dediyinə görə, son nəticədə, sorğulama korrekt və işguzar şəraitdə keçdi.
Paata Burçuladzenin təkrar sorğulanıb-sorğulanmayacağı barədə suala prokuror cavab verdi ki, əlavə sualların yarandığı halda, Paata Burçuladze sorğuya gəlməyə hazır olduğunu bildirdi.