Prokuror - Bugünkü məhkəmə prosesində ittihamçı tərəf yekun nitqin söylənilməsi üçün hazır idi, lakin təqsirləndirilən şəxs Lazare Qriqoriadis məhkəmə prosesinə gəlməkdən imtina etdi
Prokuror - Bugünkü məhkəmə prosesində ittihamçı tərəf yekun nitqin söylənilməsi üçün hazır idi, lakin təqsirləndirilən şəxs Lazare Qriqoriadis məhkəmə prosesinə gəlməkdən imtina etdi

 
Bugünkü məhkəmə prosesində ittihamçı tərəf yekun nitqin söylənilməsi üçün hazır idi, lakin təqsirləndirilən şəxs Lazare Qriqoriadis məhkəmə prosesinə gəlməkdən imtina etdi – bu haqda Lazare Qriqoriadisin işinin prokuroru Tamar İakobidze Tbilisi Şəhər Məhkəməsində açıqlayıb.

Prokuror bildirib ki, təqsirləndirilən Lazare Qriqoriadis barəsində həbs hökmü çıxarmaq üçün kifayət qədər sübutlar məcmusu var.

“Cinayət Prosessual Məcəlləsi təqsirləndirilən şəxsin məhkəmədə iştirakını müəyyən edir, bu, onun hüququdur. Müdafiə tərəfi bu halda təqsirləndirilən şəxsin hüquqlarını müəyyən edən 38-ci maddəni göstərib. Onun prosesdə iştirak etmək hüququ var. Bu halda təqsirləndirilən şəxsin bunu etmək istəyi olub, hərçənd nə sağlamlıq vəziyyəti, nə də başqa hallar onun prosesdə iştirakına mane olmadığından və sadəcə bunun onun istəyi olduğundan, məhkəmə prosesin müəyyən müddətə qısa müddətə, bir neçə günlüyünə təxirə salınması barədə qərar qəbul edib”- deyə Tamar İakobidze açıqlayıb.

Bugünkü məhkəmə prosesində təqsirləndirilən şəxs prosesdə uzaqdan iştirak etmək arzusunu bildirib. Hakim prosesi aprelin 8-dək təxirə salıb və təqsirləndirilən şəxsi uzaqdan məhkəmə prosesinə qoşmayıb.