Prokuror bəyan edir ki, Davit Qareci məsələsi ilə bağlı istintaq intensiv rejimdə davam edir
Prokuror Mixeil Sadradze bəyan edir ki, Davit Qareci məsələsi ilə bağlı istintaq intensiv rejimdə davam edir və əsas aksent konkret tapşırığı verən şəxslərə edilir.
“Müəyyən şəxslərlə bağlı dəlillər artıq mövcuddur. Yaxın gələcəkdə bunları ictimaiyyətə bildirəcəyik” – dedi prokuror.
Davit Qareci Məsələsi ilə bağlı ittiham edilən topoqraf İveri Melaşvili və Natalya İliçova girov əvəzinə azad olundular. Girov məbləği 20 min laridir.
Qeyd olunan şəxsləri polis oktyabrın 7-də həbs etmişdi.
Onlar Gürcüstan ərazilərinə qarşı qeyri-qanuni hərəkətlərdə ittiham edilirlər. İttiham edilən şəxslər isə, suçlamaları qəbul etmirlər.