Profilaktik işlərə görə avqustun 15-17-də Devdoraki tunelində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Profilaktik işlərə görə avqustun 15-17-də Devdoraki tunelində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

 
Gürcüstanın Avtomobil Yolları İdarəsinin məlumatında, profilaktik işlərə görə avqustun 15-17-də Devdoraki tunelində hərəkətin müvəqqəti məhdudlaşdırılacağı deyilir.

Qurumun izahına əsasən, profilaktiki işlərin həyata keçirilməsi məqsədilə avqustun 15, 16 və 17-də saat 10:00-dan 19:00-dək bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Avtomobil Yolları İdarəsində, avtomobil tunelinin bağlanması dövründə avtonəqliyyatın hərəkətinin daxili dövlət əhəmiyyətli Devdoraki tunelinin dolama yoluna yönəldiləcəyini bildirirlər.