Professiyonal Təhsilə dəstək məqsədi ilə, Asya İnkişaf bankı ilə kredit müqaviləsi imzalandı
Professiyonal Təhsilə dəstək məqsədi ilə, Asya İnkişaf bankı ilə kredit müqaviləsi imzalandı

Gürcüstanın Maliyyə Naziri İvane Maçavariani və Asya İnkişaf Bankının (ADB) Gürcüstandaki missiyasının regional rəhbəri Şein Rozental yeni razılaşma imzaladılar, hansı ki, Gürcüstanda keyfiyyətli professiyonal təhsilin inkişafını nəzərdə tutur.

Bu haqda məlumatı Maliyyə Nazirliyi yayır.

İdarənin məlumatına görə, razılaşma çərçivəsində, işlə təmin etmə sektorunun inkişaf proqramı üçün Gürcüstan cəmi olaraq, 59.4 milyon avro alacaq (70 milyon dolların ekvivalenti) və oradan 42.4 milyon avro dövlət büdcəsinə gedəcək, 16.9 milyon avro isə, investisiya layihəsini həyata keçirilməsinə xərclənəcək.

“Proqramın məqsədi professiyonal təhsilin və yenidən kvalifikasiya sektorunun dəstəyidir.

Proqram professiyonal təhsilin prioritetli sektorlarında keyifiyyətin artırılmasını, təhsil sisteminin əlyetərliyinin artırılmasını və inkluzivliyini, professiyonal təhsil prosesində institusiya çərçivələrinin gücləndirilməsini nəzərdə tutur” – deyilir Nazirliyin bəyanatında.