Pridon İnciya - ümid edirəm, müxalifətin başqa nümayəndələri də bizə qoşulacaqlar, çünki dialoqun yeri Parlamentdədir
Ümid edirəm, müxalifətin başqa nümayəndələri də yavaş-yavaş bizə qoşulacaqlar, çünki dialoqun alternativi yoxdur, – bu barədə müxalifətçi deputat, Pridon İnciya onuncu çağırış Parlamentinin ilk yaz sessiyasında nitqlə çıxış edərkən bəyan etdi.
Elə onun dediyinə görə, hakimiyyət və müxalifət nümayəndələrinin dialoq üçün yaraşan yer Parlamentdir.
Pridon İnciya bir daha qeyd etdi ki, “Avropalı Sosisalistlər” deputat səlahiyyətlərinin dayandırılması məsələsini dəstəkləməyəcək.
“İlk növbədə bizə qoşulan müxalifət nümayəndələrini salamlayıram. Ümid edirəm, müxalifətin başqa nümayəndələri də yavaş-yavaş bizə qoşulacaqlar, çünki dialoqun alternativi yoxdur. Bu yer həqiqətən dialoq yeridir. Cənab Aleko ilə tamamilə razıyam. Biz də “Gürcü Arzusu” və “Vətəndaşlar” arasında imzalanan memoranduma qoşulduq. Burada məsələlər var ki, sonra birlikdə müzakirə edəcəyik. “Avropalı Sosisalistlər” adı ilə bizim Parlament qrupumuz artıq bəyanat verdi ki, biz deputat səlahiyyətlərinin dayandırılması məsələsini dəstəkləməyəcəyik”, – İnciya bəyan etdi.