"Pride" festivalının əleyhdarları "Lisi Wonderland" istiqamətində yürüş keçirirlər
Vaja-Pşavela metro stansiyasının yaxınlığında toplaşan vətəndaşlar “Lisi Wonderland” istiqamətində yürüş təşkil edirlər.
Onlar saat 12:00-dan metronun yaxınlığında toplaşmağa başlayıblar. Mitinq iştirakçılarının sözlərinə görə, onlar “Tbilisi Pride”nin planlaşdırdığı tədbirin baş tutmasına imkan verməyəcəklər. Onların fikrincə, aksiya dinc xarakter daşıyacaq.
“Tbilisi Pride” dünən bəyanat yayaraq küçə yürüşlərinin olmayacağını və festivalın qeydiyyatdan keçmiş qonaqlar üçün özəl, qapalı ərazidə keçiriləcəyini və təhsil, mədəni və sosial xarakter daşıyacağını bildirib.
Bundan əlavə, Gürcüstanın Daxili İşlər Nazirliyi iyulun 8-də planlaşdırılan tədbirlərlə bağlı açıqlama yayıb.
Agentlik qeyd edib ki, iyulun 8-də nəzərdə tutulan qapalı tədbirin konkret məkanda, qapalı yerdə təhlükəsiz şəraitdə keçirilməsi üçün nazirliyin nümayəndələri görüşün təşkilatçıları ilə əlaqə saxlayır. Onların məlumatlarına görə, Daxili İşlər Nazirliyi tədbirin təhlükəsiz formatda keçirilməsini təmin etmək, o cümlədən hər bir şəxsin ifadə və sərbəst toplaşmaq azadlığının qorunması üçün bütün lazımi tədbirləri görəcək.
Daxili İşlər Nazirliyi bildirir ki, onlar aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunla icazə verilən toplaşma və nümayiş keçirmək hüququndan kənara çıxmamağa çağırır.