Prezidentin parlamentdəki illik məruzəsi bir dəqiqəlik sükutla və Ukrayna himninin səsləndirilməsi ilə başladı
Prezident Salome Zurabişvilinin Gürcüstan parlamentdəki illik məruzəsi bir dəqiqəlik sükutla və Ukrayna himninin səsləndirilməsi ilə başladı.
İclas başlamazdan əvvəl prezident və parlamentin sədri Ukrayna xalqına həmrəylik ifadə etdilər.
Şalva Papuaşvilinin sözlərinə görə, Ukrayna xalqı xüsusi birlik, qətilik və cəsarətlə azadlıq və müstəqillik uğrunda mübarizəni davam etdirir.
” Rusiyanın qardaş Ukraynaya təcavüzü təəssüf ki yenə də davam edir. Ukrayna xalqı xüsusi birlik, qətilik və cəsarətlə azadlıq və müstəqillik uğrunda mübarizəni davam etdirir. Ukraynaya və Ukrayna xalqına dəstəyimiz və həmrəyliyimiz sarsılmazdır. Humanitar vəziyyət ağırdır. Artıq 2 milyon yarımdan çox insan öz doğma yurd-yuvasını, vətənini tərk etmək məcburiyyətində qalıb, ən dəhşətlisi sayı gündən-günə artan insan tələfatı və faciələrdir. Ölkəsinə geri çağrılan Ukrayna səfiri bu gün burada deyil. Lakin, səfir səlahiyyətlərini icra edən nümayəndəni dəvət etmişik və parlament adından Ukrayna xalqına həmrəyliyimizi ona ifadə etmək istərdim , parlament üzvlərindən və dəvət olunmuş qonaqlardan xahiş edirəm ki, iclasın başlamasınadək bir dəqiqəlik sükutla Rusiyanın Ukraynaya təcavüzü nəticəsində həlak olanların xatirəsini yad edək”-deyə Şalva Papuaşvili bildirib.
Salome Zurabişvili parlamentə Ukrayna səfirliyinin nümayəndəsi Andrey Kasanovla birlikdə gəlib.