Prezidentin parlament katibi - Salome Zurabişvilinin əvəzinə Saakaşvilinin əfv olunmasını şərh edə bilmərəm, öz sözünü özü deyəcək
Prezidentin parlament katibi - Salome Zurabişvilinin əvəzinə Saakaşvilinin əfv olunmasını şərh edə bilmərəm, öz sözünü özü deyəcək

 

Prezidentin parlament katibi Qiorqi Msxiladze Salome Zurabişvilinin əvəzinə prezidentin Mixeil Saakaşvilini əfv edib-etməyəcəyi ilə bağlı şərh verə bilməyəcəyini açıqlayıb. O, Salome Zurabişvilinin öz sözünü özünün deyəcəyini bildirib.

Bununla yanaşı, Qiorqi Msxiladzenin qeyd etdiyi kimi, prezident Saakaşvilinin əfv olunması məsələsi ilə bağlı öz mövqeyini dəfələrlə açıqlayıb.

“Mən prezidentin əvəzinə bu məsələyi şərh edə bilmərəm. Prezidentin hansı qərarı verəcəyini əvvəlcədən deyə bilmərəm. Prezident bir neçə dəfə öz mövqeyini bildirib, onun yerinə sizə cavab verə bilmərəm. Prezident öz sözünü özü deyəcək” – deyə Qiorqi Msxiladze açıqlayıb.