Prezidentin parlament katibi Elene Xoştariyanı ziyarət edib

16:19, 11.11.2021

Gürcüstan prezidentinin parlament katibi Qiorqi Msxiladze prezidentin xahişi ilə müxalifətçi deputat Elene Xoştariyaya baş çəkib və onun səhhəti ilə maraqlanıb.

Qiorqi  Msxiladzenin sözlərinə görə, Elene Xoştariya özünü güclü hiss edir və etirazını davam etdirir.

“Prezident Kipr Respublikasında işgüzar səfərdədir. O, Elenenin səhhətinin vəziyyəti ilə maraqlandı və mən parlament katibi kimi ondan onun səhhətinin vəziyyəti ilə maraqlanmağı və başa düşməyi xahiş etdim. Xanım Elene hələ də özünü gümrah hiss edir. O, etirazını davam etdirir, səhhətinin vəziyyəti özünün mənə dediyi kimi normaldır”, – Qiorqi  Msxiladze bildirib.

Qiorqi  Msxiladze prezidentin Elene Xoştariyanın aclıq aksiyası ilə bağlı mövqeyi ilə bağlı sualı belə cavablandırır: “Prezidentin xahişini yerinə yetirmək və xanım Elenenin sağlamlıq vəziyyətini başa düşməkdən başqa, onun digər mövqeyinə cavab verə bilməyəcəcəm”.

Bu gün Penitensiar Xidmətin Mixeil Saakaşvili ilə bağlı yaydığı kadrlara gəlincə, Qiorqi Msxiladze bildirir ki, o, həmin görüntüləri görməyib və prezidentin görüntüləri görüb-görməməsi barədə məlumatı yoxdur.

“Deyə bilmərəm, bilmirəm. Prezidentlə yalnız xanım Elenenin səhhətinin vəziyyəti ilə bağlı ünsiyyətdə olmuşam”, – deyə prezidentə parlament katibi Qiorqi Msxiladze əlavə edib.

Oxşar