Prezidentin nümayəndəsi Avropa Komissiyasının rekomendasiyalarının icrası ilə bağlı işçi qrupların işləmə prosesini müşahidə edəcək
Prezident Salome Zurabişvilinin nümayəndəsi Avropa Komissiyasının rekomendasiyalarının icrası ilə bağlı işçi qrupların işləmə prosesini müşahidə edəcək. Komitənin sədri Anri Oxanaşvilinin Hüquq Məsələləri Komitəsinin bu gün keçirilən iclasında da qeyd etdiyi üzrə, prezidentin parlament katibi ilə ünsiyyət qurub və işçi qruplar üzrə prezidentin nümayəndəsinin monitorinq aparacağına qərar verilib.
Deputat, Amerikanın Gürcüstandakı səfirliyi ilə də ünsiyyət qurulduğu və onlara işçi qrupların fəaliyyətini müşahidə etmək təklif edildiyini bildirib.
Oxanaşvili , səfirliyin ehtimal ki, müxtəlif işçi qruplara qoşulacağını bildirib. Bununla yanaşı, Anri Oxanaşvili beynəlxalq təşkilatların istək olması halında, onların da prosesə qoşulmalarına hazırlıq ifadə edib.
Parlament bugünkü görüşdə beş işçi qrupu yaradacaq. Bu qruplar deoliqarxizasiya, məhkəmə islahatı, “Seçki Məcəlləsi”, antikorrupsiya agentliyinin yaradılması və Xüsusi İstintaq Xidmətinin və Şəxsi Məlumatların Mühafizəsi Xidmətləri üzrə fəaliyyət göstərəcək.