Prezidentin qərarı ilə, əfv qaydasına dəyişikliklər daxil edilərək, daha humanist forma verildi
Prezidentin qərarı ilə, əfv qaydasına dəyişikliklər daxil edilərək, daha humanist forma verildi

“Zorakılıqla bağlı olmayan cinayətlərə qarşı yanaşma dəyişiriləcək və məhbusların əfv qaydasına dəyişikliklər daxil edilərək, ona daha humanist forma veriləcək” – bu barədə bəyanatı əfv komisiyasının sədri Zviad Koridze bugün keçirdiyi mətbuat konfransında verdi.

Zviad Koridze qeyd etdi ki, Gürcüstan prezidenti əfv komisiyasına icazə verdi ki, narkotik maddələrin istifadəsi ilə bağlı cinayətlərin müzakirəsini vaxt meyarları olmadan aparsın.

Koridzenin dediyinə görə, qeyd olunan cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslər, prezidentə məhkəmə instansyalarındaki, müzakirələrin başa çatmasından dərhal sonra müraciət etməlidirlər və komisiya onların işlərini müzakirə edəcək.