Prezidentin Administrasiyası - Prezident Ədliyyə Nazirliyinin müvafiq rəyi olması halında vətəndaşlığa xitam verilməsi haqqında aktı imzalamağa borcludur
Prezidentin Administrasiyası - Prezident Ədliyyə Nazirliyinin müvafiq rəyi olması halında vətəndaşlığa xitam verilməsi haqqında aktı imzalamağa borcludur

 
Prezident Ədliyyə Nazirliyinin müvafiq rəyi olması halında vətəndaşlığa xitam verilməsi haqqında aktı imzalamağa borcludur- bu barədə Gürcüstanın Prezident Administrasiyasının bəyanatında deyilir.

“Gürcüstan Prezidentinin Administrasiyası 2023-cü ilin fevralın 18-də televiziya kanallarından birində yayımlanan Gürcüstan Prezidenti Salome Zurabişvilinin qanuni oğruların vətəndaşlığına xitam verməsi məsələsi ilə bağlı süjetə münasibət bildirir.

Gürcüstan Prezidentinin vətəndaşlığa xitam verilməsi məsələsini öz mülahizəsinə əsasən həll etmək səlahiyyəti yoxdur. Prezident Ədliyyə Nazirliyinin rəyi olmadan şəxsin vətəndaşlığına xitam verə bilməz. Belə bir rəy olması halında prezident vətəndaşlığa xitam haqqında aktı imzalamağa borcludur.

Qeyd etmək lazımdır ki, Gürcüstan vətəndaşlığına xitam verilməsi üçün əsaslar fəaliyyətindən asılı olmayaraq bütün Gürcüstan vətəndaşlarına eyni dərəcədə şamil edilir.

Prezident Ədliyyə Nazirliyinin müvafiq rəyi olması halında vətəndaşlığa xitam verilməsi haqqında aktı imzalamağa borcludur” -deyə Prezident Administrasiyasının bəyanatında deyilir.