Prezident Administrasiyasında Salome Zurabişvilinin səfirlərin konfransına dəvət almadığını açıqlayıblar
Prezident Administrasiyasında Salome Zurabişvilinin səfirlərin konfransına dəvət almadığını açıqlayıblar

Gürcüstan Prezidenti Salome Zurabişvili dekabrın 26-28-də keçirilməsi planlaşdırılan səfirlərin konfransında iştirak etmək üçün dəvət almayıb-bu barədə Gürcüstanın Prezident Administrasiyasında açıqlayıblar.

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluq müəssisələri rəhbərlərinin illik toplantısının – “Səfirlərin Konfransı 2023, Gürcüstan Avropa İttifaqına namizəd ölkə” açılışını Xarici İşlər Nazirliyinin rəhbəri İlia Darçiaşvili edib. Konfransda Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və parlamentin sədri Şalva Papuaşvili çıxış ediblər.