Prezident tərəfindən əfv edilən Lazare Qriqoriadis həbsxananı tərk edib
Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən əfv edilən Lazare Qriqoriadis həbsxananı tərk edib.
Gürcüstan prezidenti bu gün Lazare Qriqoriadisin əfv aktı verib.
Aprelin 12-də məhkəmə 2023-cü il martın 7, 8, 9-da Tbilisidə keçirilən aksiyalar zamanı polislərə hücum etməkdə və əmlaka ziyan vurmaqda ittiham olunan Lazare Qriqoriadisi 9 il müddətinə azadlıqdan məhrum edib. Aprelin 12-də Gürcüstan prezidenti Salome Zurabişvili hələ qərarı imzalamasa da, Lazare Qriqoriadisi əfv etdiyini açıqlayıb.