Prezident seçkilərində “Gürcü Arzusu” namizədini irəli sürməycək. Bu barədə Parlamentin sədri, “Gürcü Arzusunun” icraçı katibi, İrakli Kobaxidze partiyanın mərkəzi ofisində keçirilən görüşdən sonra bəyan etdi.
“Bu gün partiya görüşü keçirildi. Bir sira vacib məsələləri, o cümlədən Prezident seçkilərində “Gürcü Arzusunun” qatılması msələsini müzakirə etdik. Prinsipal qərar qəbul edildi ki, prezident seçkilərində “Gürcü Arzusu” namizədini irəli sürməyəcək”, – Kobaxidze bəyan etdi.
Onun dediyinə görə, prezident siyasi baxımından neytral olmalıdır. Onun qeyd etdiyinə görə, “Gürcü Arzusu” prezidentliyə namizədlərin tam siyahısını gözdən keçirəcək və sonra qərar qəbul edəcək ki, hansı namizədi dəstəkləyəcək, və ya ümumiyyətlə dəstəkləyəcək ya yox.
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ofisində bu gün çoxluq, hökumət üzvləri və siyasi şuranın üzvlərinin görüşü keçirildi.