Prezident ranqında Salome Zurabişvili ilk səfərlərini Avropa ölkələrinə planlaşdırır
Gürcüstan prezidenti ranqında Salome Zurabişvili ilk səfərlərini Avropa ölkələrinə planlaşdırır, – bu barədə bəyanatı Salome Zurabişvili bugün katolikos patriarx İkinci İlia ilə görüşdən sonra, jurnalistləre verdi.
Zurabişvilinin dediyinə görə. o Brüsselə, Berlinə və Parisə getməyi planlaşdırır.
“Məncə kimsə üçün ilk Avropa ölkələrinə getməyim təəcüblü olmayacaq” – dedi Salome Zyrabişvili.
Prezident seçkilərinin ikinci turu Gürcüstanda dünən keçirildi.
Gürcüstan prezidentinin inauqurasiya və and içmə mərasimi isə, dekabrın 16-da keçiriləcək.
Salome Zurabişvili seçicilərin səsinin 59,52%-ni topladı, hansı ki, sayca 1 147 627 səs təşkil edir.
Milli Hərəkat partiyasının prezident namizədi Qriqol Vaşadze isə, 780633 səs yığdı, hansı ki, səslərin 40,48%-ni təşkil edir.