Prezident parlamentə baş nazir namizədinin təqdim edilməsi üçün müəyyən gün təyin edəcək
Prezident qanunverici orqana baş nazir namizədini təqdim etmək üçün müəyyən gün təyin edəcək.
Bu barədə bəyanatı prezidentin parlament katibi Ana Natsvlişvili verdi.
Onun dediyinə görə, parlament əksəriyyəti baş nazir namizədini prezidentə artıq təqdim edti, Konstitusiyaya müvafiq olaraq isə, indi rezident öz namizədini parlamentə təqdim etməlidir.
Ana Natsvlişvili bəyan etdi ki, prezident Giorgi Marqvelaşvili ölkənin baş nazirinin kimin olması gərəkdiyi haqqında fikrini daha öncə də bildirmişdi.
“Parlament əksəriyyəti fərqli namizdədi təqdim etdi, ancaq təbii ki, prezident konsitusiya ilə ona həvalə edilən öhdəliyi yerinə yetirəcək və namizədi parlamentə təqdim edəcək” – dedi Ana Natsvlişvili.
Parlament əksəriyyəti baş-nazir namizədi olaraq, Mamuka Baxtadzeyi təqdim etdi.