Gürcüstan prezidentinin administrasiya rəhbərinin vəzifəsinin icraçısı Angi Xutsişvilinin məlumatına görə, Prezident Mariamoba günü ilə bağlı, aralarında bir yeniyetmə və səkkiz qadın olan 34 məhbusu əvf etdi.
“Gürcüstan prezidenti 2018-ci ilin dekabrın 17-dən ona konstitusiya ilə verilən səlahiyyətdən istifadə edir. Bu gün daxil olaraq, indiyə qədər xanım prezident 91 məhbusu əfv edib” – deyib Angi Xutsişvili.
Bu haqda məlumatı Gürcüstan prezidentinin administrasiyası yayır.