Prezident "Kontakt" inklüziv teatrının baş rejissoru İrina Koxreidzeni fəxri medalla təltif edib
Prezident "Kontakt" inklüziv teatrının baş rejissoru İrina Koxreidzeni fəxri medalla təltif edib

 

İnsan Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar Orbeliani sarayında inklüziv teatrın tamaşası təşkil olunub, Gürcüstan prezidenti Salome Zurabişvili tədbirdə iştirak edib və teatrın baş rejissoru İrina Koxreidzeyə dövlət mükafatını şəxsən təqdim edib. Məlumatı Gürcüstan Prezident Administrasiyası yayır.

Prezident Administrasiyası tərəfindən verilən məlumatda S. Zurabişvilinin İrina Koxreidzeni Gürcüstanda müasir inklüziv teatr sənətinin inkişafına, onun xaricdə tanınmasına və populyarlaşmasına verdiyi töhfəyə, məhdud imkanlı şəxslərin özünü reallaşdırmasının əhəmiyyətli təşviqinə və uğurlu yaradıcılıq fəaliyyətinə görə mükafatlandırdığı deyilir.

“Kontakt” inklüziv teatrı 2015-ci ildə İrina Koxreidze və Qiorqi Mikaberidzenin birgə qərarı ilə yaradılıb və yeddinci müəllif tamaşasını tamaşaçılara təqdim edib.

Teatrın yaradıcısı Qiorqi Mikaberidze prezidentin təqdim etdiyi dövlət mükafatının qrupun hər bir üzvü üçün böyük stimul, qiymət və müsbət enerji verən olduğunu bildirib.

“Bunun üçün biz hər kəsə, xüsusən də bizə Orbeliani sarayında bu tamaşanı oynamaq imkanı verdiyi üçün Gürcüstan prezidentinə təşəkkür edirik” – deyə Qiorqi Mikaberidze açıqlayıb.