Prezident Gürcüstanın xaricdəki səfirliklərinə, xaricdə yaşayan gürcülərlə ünsiyyətdə olmaları üçün müraciət etdi
Prezident Gürcüstanın xaricdəki səfirliklərinə, xaricdə yaşayan gürcülərlə ünsiyyətdə olmaları üçün müraciət etdi

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana səfəri çərçivəsində gürcü diasporası, tələbələri və Azərbaycanda yaşayan gürcü biznesmenləri ilə görüşdü.

Gürcüstan səfirliyində keçirilən görüşdə, hansını səfir Zurab Pataridze açdı, Gürcüstan prezidenti Bakıda keçirilən görüşlər zamanı nail olunan razılıqlar haqqında danışdı və qeyd etdi ki, onun Azərbaycana səfəri ölkələrimiz arasındaki iki tərəfli münasibətlərə yeni impuls verəcək.

Prezident Zurabişvili İlham Əliyevlə görüş haqqında gürcü diasporası ilə öz fikrini paylaşdı və bəyan etdi ki, böyük energetika layihələrinin başa çatmasından sonra, gələcək perspektivlərə qarşı Azərbaycanın marağı azalmayıb və Gürcüstanla digər sahələrdə əməkdaşlıq niyyəti var.

Prezidentin bəyanatına görə, Çin və Avropa İttifaqı azad ticari əlaqələr Gürcüstana üstünlük verir və bu üstünlükdən Azərbaycanın da istifadə etməsi üçün imkan yaradır. Bu da deməkdir ki, Azərbaycan və Gürcüstanın tarixi dostluğu daha da möhkəmlənəcək və Qafqaz regionunun böyük gələcəyi olacaq.

Salome Zurabişvili xaricdəki səfirliklərin fəaliyyətinin əhəmiyyəti haqqında danışdı və qeyd etdi ki, onlar xaricdəki gürcü diasporalarına dəstək verməlidirlər.

Bu haqda məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.