Prezident Administrasiyasının yaydığı məlumatda, Salome Zurabişvilinin Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova ilə Gürcüstanın Avropaya inteqrasiya prosesini müzakirə etdiyi deyilir
Prezident Administrasiyasının yaydığı məlumatda, Salome Zurabişvilinin Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova ilə Gürcüstanın Avropaya inteqrasiya prosesini müzakirə etdiyi deyilir

 
Münhen Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova ilə Gürcüstanın Avropaya inteqrasiya prosesini müzakirə edib.

Prezident Administrasiyasının məlumatına əsasən, Gürcüstan Prezidenti vitse-prezidentə Avropa Komissiyasının Gürcüstana namizəd ölkə statusunun verilməsi və tövsiyələrlə bağlı açıq və aydın bəyanatına görə təşəkkür edib.

Prezident, rus təbliğatının fəal şəkildə öz təsirini genişləndirməyə və Gürcüstanda möhkəmlənməyə çalışdığı bir vaxtda Avropa İttifaqının statusunun verilməsinin olduqca vacib olduğunu bildirib. Avropa Komissiyasının bu qərarı Gürcüstan əhalisində Avropa istəyini daha da gücləndirib.