Prezident administrasiyasının rəhbərinin müavini Angi Xutsişvili prokurorluqda sorğudadır
Gürcüstan prezidentinin administrasiyasının rəhbərinin müavini Angi Xutsişvili hazırda prokurorluqda sorğudadır.
Sorğuya gedən zaman Angi Xutsişvili jurnalistlərin suallarına cavab verməyib.
Xatırladaq ki, Mariamoba bayramında, Gürcüstan prezidenti tərəfindən afv edilənlər arasında Taraş Mukbaniani, Davit Otxmezuri və Soso Koiavayı qətl edən şəxslər də var.
Sentyabrın 20-də Gürcüstan prokurorluğu prezidentin əfvi ilə bağlı istintaq başlatdı.
Bu mövzu ilə bağlı dünən prezidentin parlament katibi Dimitri Qabunia da sorğulandı.