Prezident Administrasiyası-Salome Zurabişvili avqustun 31-dən Avropa liderləri ilə görüşə başlayacaq
Gürcüstan Prezidenti Salome Zurabişvili avqustun 31-dən Avropa liderləri ilə görüşə başlayacaq-bu barədə Prezident Administrasiyasının yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edildiyi kimi, görüşlər namizəd statusu ilə bağlıdır.
“Avqustun 31-də Salome Zurabişvili Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayeri ziyarət etməklə Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd ölkə statusunun verilməsini dəstəkləmək üçün Avropa liderləri ilə görüşlərə başlayacaq”, – Gürcüstan Prezidentinin Administrasiyasının yaydığı məlumatda deyilir.