Prezident Administrasiyasının məlumatına əsasən, Salome Zurabişvili EBRD-in Direktorlar Şurasının üzvləri ilə Gürcüstanın Avropaya inteqrasiyası prosesində EBRD-in dəstəyi məsələsini müzakirə edib
Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ilə Gürcüstanın Avropaya inteqrasiyası prosesində EBRD-in dəstəyi məsələsini müzakirə edib. Məlumatı Prezident Administrasiyası yayıb.
Orbeliani sarayında keçirilən görüşdə Gürcüstanın Avropaya inteqrasiya yolu və regiondakı çağırışları, Gürcüstanın Avropa ilə Asiya arasında əlaqələndirici funksiyasının gücləndirilməsi prosesində EBRD-in roluna toxunulub.
“Gürcüstanın Avropaya inteqrasiya prosesindən danışan Gürcüstan Prezidenti bir daha qeyd edib ki, Gürcüstanın Avropa İttifaqına üzv olması gürcü xalqının mütləq əksəriyyətinin seçimidir və cəmiyyət üçün bu Avropa seçiminə alternativ yoxdur”, -deyə məlumatda qeyd olunur.