Prezident Administrasiyasında Salome Zurabişvili axondroplaziya diaqnozu qoyulmuş uşaqların anaları ilə görüşür
Gürcüstan Prezidenti Salome Zurabişvili axondroplaziya diaqnozu qoyulmuş uşaqların anaları ilə görüşür.
Görüş Prezidentin Administrasiyasında keçirilir.
Valideynlər il yarım əvvəl prezidentə görüş tələbi ilə əlaqədar məktub göndərdiklərini, bu gün isə görüşlə bağlı yenidən Salome Zurabişviliyə müraciət etdiklərini, bundan sonra da Prezident Administrasiyasının nümayəndələrinin onlarla əlaqə saxladıqlarını bildiriblər.
Valideynlər Salome Zurabişvilidən hakimiyyətlə onlar arasında vasitəçilik etməsini xahiş etdiklərini deyirlər.