Prezident Administrasiyası - tələbə baxmayaraq, parlament impiçment məsələsinin müzakirəsi zamanı iclasa diplomatik korpus və prezidentin məhkəmədəki nümayəndələrini dəvət etməkdən imtina edib
Tələbə baxmayaraq, parlament impiçment məsələsinin müzakirəsi zamanı iclasa diplomatik korpus və prezidentin məhkəmədəki nümayəndələrini dəvət etməkdən imtina edib -bu barədə Prezident Administrasiyasının bəyanatında deyilir.
Bəyanatda qeyd edildiyi kimi, Prezident Administrasiyası parlamentin impiçment iclasını “normal, adi iş formatı” kimi keçirməsinə etiraz edir.
“Prezident Administrasiyası parlamentin prezidentin impiçment iclasını və mühüm prosesi “normal, adi iş formatı” kimi müzakirə edib keçirməsinə etiraz edir. Prezident Administrasiyasının tələbinə baxmayaraq, parlament impiçment məsələsinin müzakirəsi zamanı iclasa diplomatik korpus və prezidentin Konstitusiya Məhkəməsindəki nümayəndələrini dəvət etməkdən imtina edib”- məlumatda deyilir.
Bu gün parlamentdə prezidentin impiçmenti məsələsinin müzakirəsi keçiriləcək. Məsələnin müzakirəsi saat 12:00-da başlayacaq.