Prezident Administrasiyası Salome Zurabişvilinin Brüsselə səfəri ilə bağlı rəsmi məlumat yayır
Prezident Administrasiyası Salome Zurabişvilinin Brüsselə səfəri ilə bağlı rəsmi məlumat yayır

Gürcüstan prezidentinin administrasiyası Salome Zurabişvilinin Brüsselə səfəri ilə bağlı rəsmi məlumat yayır.

Məlumatda deyilir ki, Salome Zurabişvili yanvarın 20-də işgüzar səfərlə Brüsselə gedir.

Səfər çərçivəsində, prezidentin Avropa İttifaqı və NATO rəhbərləri ilə görüşü planlaşdırılıb.

Prezident Avropa Şurasının prezidenti Şarl Mişel, Avpora İttifaqının Xarici İşlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi və Avro-komisiyanın vitse-prezidenti Jozep Borel, Avroparlamentin prezidenti David Sasoli, Avrokomisiyanın icraçı vitse-prezidenti Valdos Dombrovski, Avroparlamentin xarici komitə sədri Devid Makalister və NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

Bununla yanaşı, yenə bir neçə yüksək ranqlı görüşlər planlarşdırılıb.