Prezident Administrasiyası - Salome Zurabişvili baş nazirin və parlament sədrinin İlia Topurianın "Şərəf" ordeninə layiq görülməsi ilə bağlı qərarını təqdir edir və razılaşır
Prezident Administrasiyası - Salome Zurabişvili baş nazirin və parlament sədrinin İlia Topurianın "Şərəf" ordeninə layiq görülməsi ilə bağlı qərarını təqdir edir və razılaşır

 
Dünən İlia Topuria ilə razılaşdırıldığı kimi, onun mükafatlandırma mərasimi bu gün saat 19:00-da Orbeliani sarayında keçiriləcək-bu haqda Gürcüstanın Prezidentinin Administrasiyası məlumat yayır.

Məlumatda, Gürcüstan Prezidentinin baş nazirin və parlament sədrinin İlia Topurianın “Şərəf” ordeninə layiq görülməsi ilə bağlı qərarını təqdir etdiyi və bununla razılaşdığı deyilir.

“Prezident baş naziri və parlamentin sədrini mükafatlandırma mərasiminə dəvət edir. Hər üç siyasi qolun bu mərasimdə iştirakı belə məsələlərlə bağlı milli razılığın əlamətidir”- administrasiyanın bəyanatında deyilir.