Prezident Administrasiyası - prezidentin nümayəndəsinin Milli Təhlükəsizlik Şurasının iclasına dəvət edilməməsini təəssüf edici hal olaraq görürük
Prezident Administrasiyası prezidentin nümayəndəsinin 2023-cü ilin fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının iclasına dəvət edilməməsini təəssüf edici hal olaraq görür. Bu barədə Prezident Administrasiyasının bəyanatında qeyd olunub.
“Dünya və regional təhlükəsizliyin mühüm tendensiyalarını, o cümlədən “Ukraynadakı hazırkı hərbi əməliyyatlar”ı, Gürcüstanın üzləşdiyi çağırışları, işğal olunmuş ərazilərdə cari prosesləri əhatə etmiş müzakirə olunan məsələlər və ya təhlükənin qiymətləndirilməsi sənədinin müzakirəsi istənilən halda prezidentin nümayəndəsinin şurada iştirakını tələb edirdi.
Prezidentin dəfələrlə Milli Təhlükəsizlik Şurasının çağırılması ilə bağlı məsələ qaldırması qeyd edilməlidir. O, həmçinin bu formatda Rusiya vətəndaşlarının Gürcüstana girişi ilə mövcud çağırışların öyrənilməsinin vacibliyini vurğuladı, lakin bu, reaksiya ilə müşaiyət olunmadı.
Ölkə qarşısında mövcud çağırışlardan irəli gələrək, ölkənin Ali Baş Komandanının nümayəndəsinin bu müzakirələrdən kənarda qoyulmasını anlamaq çətindir”- deyə bəyanatda qeyd olunub.