Prezident Administrasiyası - Prezident səfirlərin konfransında iştirak etməyib, çünki protokol ona müəyyən edilmiş yeri verməyib, bu, protokol pozuntusudur
Prezident Administrasiyasında Gürcüstan Prezidenti Salome Zurabişvilinin davam edən səfirlər konfransında iştirak etməməsinə səbəb kimi protokol pozuntusunun olduğunu bildiriblər.
Prezidentin mətbuat xidmətində jurnalistlərə cavab olaraq açıqlandığı üzrə, prezidentə protokol qaydasıyla nəzərdə tutulan yer verilməyib ki, bu da qanun pozuntusudur.
“Prezident bu günə planlaşdırılan “Səfirlərin Konfransı”nda iştirak etməyib, çünki protokol ona müəyyən edilmiş yeri verməyib, bu, protokol pozuntusudur”- deyə Prezident Administrasiyasında açıqlayıblar.
Bu gün səhər Gürcüstan Xarici İşlər Nazirliyində Gürcüstanın xaricdəki diplomatik missiyalarının rəhbərlərinin illik toplantısı – “Səfirlərin Konfransı 2022″nin açılışı baş tutub. Tədbirdə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, parlamentin spikeri Şalva Papuaşvili və xarici işlər naziri İlia Darçiaşvili çıxış ediblər. Tədbir çərçivəsində Gürcüstan Prezidentinin çıxışı da planlaşdırılırdı.