Prezident Administrasiyası - prezident Ədliyyə Nazirliyinin Mixeil Saakaşvilinin klinikaya köçürülməsinə dair təklifini müsbət dəyərləndirir və tam dəstəkləyir
Prezident Administrasiyası - prezident Ədliyyə Nazirliyinin Mixeil Saakaşvilinin klinikaya köçürülməsinə dair təklifini müsbət dəyərləndirir və tam dəstəkləyir

 

Gürcüstan prezidenti Ədliyyə Nazirliyinin Mixeil Saakaşvilinin klinikaya köçürülməsinə dair təklifini müsbət dəyərləndirir və tam dəstəkləyir- bu barədə Gürcüstan prezidenti Salome Zurabişvilinin administrasiyasının bəyanatında deyilir.

“Gürcüstan prezidenti eks-prezidentin səhhəti ilə bağlı bütün tərəflərin : ədliyyə nazirindən, Xalq Müdafiəçisi Aparatı və onun nəzdində yaradılmış tibbi ekspertlər qrupunun üzvlərindən, qeyri-hökumət təşkilatlarından və tibb sahəsinin müxtəlif nümayəndələrdən verilən məlumatlarla tanış olub.

Prezident sabiq prezidentin səhhəti ilə bağlı nə cəmiyyətdə, nə də avropalı tərəfdaşlarda sualların yaranmaması üçün onun sağlamlığının təmin edilməsi istiqamətində bütün tədbirlərin görülməli olduğunu hesab edib və indi də belə düşünür. Söhbət ölkənin nüfuzu və imici məsələsindən gedir, heç bir təhlükə olmaması və onun sağlamlığının maksimal şəkildə qorunması üçün bu şəffaflıq, böyük diqqət və müşahidə tələb edir.

Belə ki, Gürcüstan prezidenti Ədliyyə Nazirliyinin Mixeil Saakaşvilinin klinikaya köçürülməsinə dair təklifini müsbət dəyərləndirir və tam dəstəkləyir” – deyə bəyanatda qeyd olunub.