Prezident Administrasiyası - Orbeliani sarayının ərazisindəki logistik çətinliklərlə əlaqədar Prezident Administrasiyası Yeni ilə qədər planlaşdırılan bütün rəsmi tədbirləri ləğv edir
Prezident Administrasiyası - Orbeliani sarayının ərazisindəki logistik çətinliklərlə əlaqədar Prezident Administrasiyası Yeni ilə qədər planlaşdırılan bütün rəsmi tədbirləri ləğv edir

 

Prezident Administrasiyası Yeni ilə qədər planlaşdırılan bütün rəsmi tədbirləri ləğv edir- bu barədə Gürcüstan Prezident Administrasiyasının bəyanatında deyilir.

Administrasiyada izah edildiyi kimi, buna səbəb Orbeliani sarayının ərazisindəki logistik çətinliklərdir.

“Orbeliani sarayının ərazisindəki logistik çətinliklərlə əlaqədar Prezident Administrasiyası Yeni ilə qədər planlaşdırılan bütün rəsmi tədbirləri, o cümlədən 2022-ci ilin Gürcüstan Milli və Vaja-Pşavela mükafatları laureatlarının dövlət mükafatlandırma mərasimini ləğv edir”- deyə Gürcüstan Prezident Administrasiyasında bildirirlər.

Qurumdan verilən məlumatda qeyd olunan tədbirlərin keçirilmə tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi deyilir.