Prezident Administrasiyası - xaricdə böyümüş Pier-Aleksandre Krevonun Gürcüstanın siyasi məkanının çirkin və nalayiq xüsusiyyətlərini bu qədər tez qavraması təəssüfdoğurucudur
Prezident Administrasiyası Pier-Aleksandre Krevonun bugünkü bəyanatına münasibət bildirir və onun guya prezidentin mövqeləri və fikirləri ilə bağlı şayiələr yaymağa haqqı və legitimliyi olmadığını izah edir.
Qurum Pier-Aleksandre Krevonun heç vaxt Gürcüstan Prezidentinin müşaviri vəzifəsini tutmadığını açıqlayır.
Prezident Administrasiyası Pier-Aleksandre Krevonun ali təhsilini təsdiq edən sənədi təqdim etmədiyi üçün dövlət qulluqçusu kimi işə götürülmədiyini bildirir.
“Prezident Administrasiyası “TV Pirveli”nin efirində yayımlanmış Pier-Aleksandre Krevonun müsahibəsinə münasibət bildirir. Onun çıxışı ilə maraqlanan ictimaiyyətin kiçik bir hissəsi üçün bəzi faktlara əsaslanan məlumatları təqdim etmək lazımdır. O, heç vaxt Gürcüstan Prezidentinin müşaviri vəzifəsini tutmayıb. 2018-ci ilin dekabrın 24-dən təcrübəçi olub. Prezidentin bu qərarı xaricdə yaşayan gürcü əsilli gənclərin vətənə qayıtması üçün imkanların yaradılmasına xidmət edən yanaşmanın tərkib hissəsi idi. Qeyd etmək lazımdır ki, həmin dövrdə Amerika və Avropanın aparıcı universitetlərindən (Kolumbiya, Sion Po və Vest-Point) çox daha uğurlu gürcü tələbələr Prezident Administrasiyasında işlə təmin olundular. Pier-Aleksandre Krevo 2019-cu ilin aprelin 1-dən 2022-ci ilin dekabrın 31-dək əmək müqaviləsi əsasında kommunikasiya xidməti mütəxəssisi vəzifəsində çalışıb. Ali təhsilini təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün dövlət qulluqçusu kimi işə götürülməyib.
Prezident Administrasiyası 2023-cü ildən onunla əmək müqaviləsini davam etdirməyib, bunun səbəblərindən biri onun kovid tənzimləmələri kobud şəkildə pozması, bununla da işçilərin sağlamlığına təhlükə yaratması olub. Bəhs edilənlərdən irəli gələrək, onun guya prezidentin mövqeləri və fikirləri ilə bağlı şayiələr yaymağa nə haqqı, nə də legitimliyi var. Xaricdə böyümüş bir gəncin Gürcüstanın siyasi məkanının ən çirkin və nalayiq xüsusiyyətlərini bu qədər tez dərk etməsi, mənimsəməsi və qavraması olduqca təəccüblü və həqiqətən təəssüfdoğurucudur” -deyə Prezident Administrasiyasının bəyanatında deyilir.
Prezident Administrasiyasının “Milli Hərəkat”da vəzifələrdən birinə təyin edilmiş sabiq əməkdaşı Pier-Aleksandre Krevo bu gün Salome Zurabişvilinin Mixeil Saakaşvilini əfv edəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, “Salome Zurabişvili yavaş-yavaş Saakaşvilini əfv etmək zərurətini görür”.