Prezident Administrasiyası - Gürcüstan Prezidenti yeni agentlərin təqibini dəstəkləyə bilməz
Gürcüstanın Avropa yolunu gücləndirmək əvəzinə, başqa bir yolu gürcü maraqlarına uyğun hesab edən qüvvə yaradılıb – bu barədə Gürcüstan Prezidentinin Administrasiyasının bəyanatında deyilir.
“Məhz Avropa Komissiyasının 12 tövsiyəsinin icrası ilə bağlı ilkin qiymətləndirmənin hazırlandığı, fevralın 24-nün yaxınlaşması ilə Assosiativ Üçlüyün üzvlərinin Avropa gələcəyi məsələsinin aktuallıq qazandığı bir zamanda məhz siyasi qruplardan biri qanunun təşəbbüsünü irəli sürməyi seçir ki, bu da öz məzmununa görə bizi Avropanın yox, Rusiyanın pis modelinə yaxınlaşdırır.
Bu, Amerika senatorlarından ibarət nümayəndə heyətinin ölkəyə gəldiyi bir zamanda baş verir! Bütün bunları təsadüflərə həqiqətən bağlaya bilmərik. Gürcüstanın Avropa yolunu gücləndirmək əvəzinə, başqa bir yolu gürcü maraqlarına uyğun hesab edən qüvvə yaradılıb.
Gürcüstan Prezidenti bu cür qanunvericiliyə və yeni agentlərin təqibinə dəstək verə bilməz”- Prezident Administrasiyasının bəyanatında deyilir.