Prezident Administrasiyası - Gürcüstan Prezidenti aidiyyatı qurumları "Pride" festivalının təhlükəsiz keçirilməsini təmin etməyə çağır
Gürcüstan Prezidenti hesab edir ki, söz və ifadə azadlığı fundamental insan hüququdur və bu prinsipə zidd olan hər şey qəbuledilməzdir – bu barədə Gürcüstan Prezidentinin Administrasiyasının bəyanatında deyilir.
Prezident müvafiq qurumları “Pride” festivalının təhlükəsiz keçirilməsini təmin etməyə çağırır.
“Zorakılıq və zorakı qrupların təşviqi yolverilməzdir.
Gürcüstan Prezidenti aidiyyəti qurumları “Pride” festivalının təhlükəsiz keçirilməsini və iştirakçıların Konstitusiya ilə qorunan söz və ifadə azadlığını təmin etməyə çağırır.
Prezidentin sərəncamına əsasən, prezidentin insan hüquqları məsələləri üzrə müşaviri “Pride” festivalında iştirak edəcək” – məlumatda deyilir.