Prezident administrasiyası Daun Sindromu Gününə həsr olunmuş aktivliklərə qqoşulur
21martla Beynəlxalq Daun Sindromu Günü qeyd edilir və bu ilki şüarı “Biz əlaqələndiririk”-dir.
BMT-nin Baş Assambleyası 21 martı daun sindromu olan insanların dünya günü olaraq 2011-ci ildə elan etdi. Onun məqsədi daun sindromu olan şəxslər barəsində ictimaiyyətin şüurunun yüksəldilməsidir.
Gürcüstan prezidentinin mətbuat xidmətinin məluatına görə, MİM şəxslər məsələri üzrə prezidentin məsləhətşisi, Simon Petridis Gürcüstan Daun Sindromu Assosiasiyası tərəfindən təşkil olunmuş konfransda iştirak etdi.
Elə onların məlumatına görə, Simon Petridis administrasiya əməkdaşları ilə birlikdə, Orbeliani Meydanında əlverişsiz hava səbəbindən 21 mart əvəzinə 28 marta təxiri salınan tədbirdə iştirak edəcək.
Simon Petridisin qeyd etdiyinə görə, bu il prezident administrasiyası, Gürcüstan Daun Sindromu Assosiasiyası olə birlikdə bir sıra maraqlı layihəni planlaşdırır və bu məqsədlə prezident administrasiyasında işgüzar görüşlər artıq planlaşdırılıb.