Prezident Administrasiyası - bizi yalanda ittiham etmək arzuolunmaz gərginlik yaradır, hökumət prezidentə 12 diplomatın namizədliyini təqdim edib, prezident onların hamısının təyin edilməsi barədə sərəncam verib
Prezident Administrasiyası - bizi yalanda ittiham etmək arzuolunmaz gərginlik yaradır, hökumət prezidentə 12 diplomatın namizədliyini təqdim edib, prezident onların hamısının təyin edilməsi barədə sərəncam verib

 
Bizi yalanda ittiham etmək arzuolunmaz gərginlik yaradır, hökumət prezidentə 12 diplomatın namizədliyini təqdim edib, prezident onların hamısının təyin edilməsi barədə sərəncam verib-bu barədə Prezident Administrasiyası tərəfindən Hökumət Administrasiyasına cavab olaraq yayılmış bəyanatda deyilir.

” Gürcüstan prezidentini və ya onun administrasiyasını nəzakət və əsaslardan uzaq, ətrafımızda çox daha kilid məsələlərin həll olunduğu bir zamanda yalanda ittiham etmək cəmiyyətdə arzuolunmaz gərginliyə səbəb olur.

Gürcüstan Prezident Administrasiyası bir daha təkrarlayır :
2021-ci ilin yanvarın 1-dən 2022-ci ilin martın 21-i də daxil olmaqla hökumət səfir və diplomatik nümayəndəliyin rəhbəri vəzifələrinə təyin edilməsi üçün 12 namizəd təqdim edib və prezident tərəfindən on iki nəfərin hamısının təyin edilməsi haqqında sərəncam imzalanıb ” – deyə Prezident Administrasiyasının bəyanatında deyilir.

Hökumət Administrasiyası bu gün bəyanat yayıb, bəyanatda belə qeyd olunur “prezidentin son bir ildə diplomatik missiyalar və beynəlxalq təşkilatlara irəli sürülmüş bütün namizədlərin təyinatını guya imzalamasına dair məlumat real mənzərəni əks etdirmir”.