Prezident Administrasiyası - artıq neçənci dəfədir ki, prezidentin bəyanatlarını səhv şəkildə yaymağa, ictimaiyyəti səhvə sürükləməyə məqsədyönlü şəkildə cəhd edilir
Gürcüstan Prezidenti nəinki ölkəni sanksiyalardan yayınmaqda heç vaxt ittiham etməyib, o, həm də yüksək rütbəli məmurlar, eləcə də xarici və yerli media qarşısında beynəlxalq səviyyədə ölkənin imicini müdafiə etmiş və müdafiə edən ilk şəxsdir – bu barədə Gürcüstanın Prezident Administrasiyasının yaydığı bəyanatda deyilir.
Bununla yanaşı, bəyanatda bugünkü şəraitdə ölkəyə qarşı ittihamların səslənməsi, sanki Gürcüstan ərazisindən sanksiyalardan yayınmaq üçün istifadə olunmasına dair ittihamların eşidilməsi fonunda, ölkənin nüfuzunun effektiv şəkildə qorunması üçün iqtidarın bütün tədbirləri görməsinin zəruri olduğu qeyd olunur.
“Artıq neçənci dəfədir ki, prezidentin bəyanatlarını səhv şəkildə yaymağa, ictimaiyyəti səhvə sürükləməyə məqsədyönlü şəkildə cəhd edilir. Bu dəfə söhbət sanksiyalardan yayınma mövzusundan gedir – Gürcüstan Prezidenti nəinki ölkəni sanksiyalardan yayınmaqda heç vaxt ittiham etməyib, o, həm də yüksək rütbəli məmurlar, eləcə də xarici və yerli media qarşısında beynəlxalq səviyyədə ölkənin imicini müdafiə etmiş və müdafiə edən ilk şəxsdir. O, əlində olan məlumata əsasən Gürcüstan vasitəsilə sanksiyalardan yayınma faktının olmadığını, əksinə, Gürcüstanın maliyyə sektorunun bütün beynəlxalq maliyyə sanksiyalarını dəqiqliklə yerinə yetirdiyini dəfələrlə açıqlayıb. Bugünkü şəraitdə ölkəyə qarşı ittihamların səslənməsi, sanki Gürcüstan ərazisindən sanksiyalardan yayınmaq üçün istifadə olunmasına dair ittihamların eşidilməsi fonunda, ölkənin nüfuzunun effektiv şəkildə qorunması üçün iqtidarın bütün tədbirləri görməsi zəruridir” -deyə Prezident Administrasiyasının bəyanatında deyilir.
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bu gün sosial şəbəkədə bəyanat dərc edib və qeyd edib ki, “hətta prezidenti də sanksiyalarla bağlı yalanlar tirajlamağa qoşublar və ittihamlarla bağlı “qəti və fakta əsaslanan cavab” verilməsini tələb edib”.