Gürcüstan Prezidenti səkkiz məhkumu əfv edib-bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayır.
İdarədən verilmiş məlumatda əfv olunan məhkumlardan 6 nəfərinin cəzaçəkmə müəssisəsində həbs-qətimkan tədbiri olaraq müəyyən edilmiş cəzanın çəkilməsindən tam azad edildiyi və bu gün cəzaçəkmə müəssisəsini tərk edəcəyi deyilir.
Daha iki məhkuma gəlincə, onların cəzaçəkmə müəssisəsində çəkəcəkləri cəza müddəti azaldılıb. Prezident Administrasiyasından verilən məlumata görə, onların arasında qadın məhkum da var.