Pravoslav Kilsəsi Qiorqoba bayramını qeyd edir
Pravoslav Kilsəsi Qiorqoba bayramını qeyd edir

Gürcü Pravoslav Kilsəsi noyabrın 23-də Müqəddəs Qiorqi gününü qeyd edir. Səhər saatlarında fəaliyyətdə olan bütün kilsələrdə bayram mərasimi keçiriləcək.

Gürcü Pravoslav Kilsəsi Müqəddəs Qiorqini ildə iki dəfə qeyd edir – mayın 6-da və noyabırın 23-də.

Kilsə ənənəsinə görə, Müqəddəs Qiorqi III əsrin ikinci yarısında Kapadokiyada, zəngin bir xristian ailəsində anadan olmuşdur. Daha sonra Roma imperatoru Diokletian dövründə o, general oldu. Xristianların təqibi başlayandan sonra Müqəddəs Qiorqi imperatorun qarşısında dayandı. Bundan sonra Romanın bütpərəst imperatoru müqəddəsdən Məsihi inkar etməyi tələb etdi. Müqəddəs Qiorqinin 303-cü ildə başı kəsildi.